Bu ölkələr Qəzzada atəşkəsə qarşı çıxdı

ABŞ, Avstraliya və Kanada kimi ölkələr Qəzza üçün humanitar çağırışları etsə də, atəşkəs təklifinə dəstək verməyiblər.

Metbuat.az xəbər verir ki, Kanadanın Müdafiə Nazirliyi hesab edir ki, HƏMAS atəşkəsə əməl etməyəcək. Kanada HƏMAS-ı təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükə hesab edir. ABŞ Dövlət Departamenti də Qəzzada atəşkəs çağırışlarını rədd etdiyini bir daha bəyan edib. ABŞ tərəfi atəşkəsin HƏMAS-a yenidən qruplaşmaq və İsrailə qarşı yeni hücumlara hazırlaşmaq imkanı verəcəyini irəli sürüb. ABŞ Dövlət Departamentinin sözçüsü Miller mətbuat konfransında deyib:

“İstənilən atəşkəs HƏMAS-a dincəlmək, yenidən qruplaşmaq və İsrailə qarşı terror hücumlarını davam etdirməyə hazırlaşmaq imkanı verəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR