Rusiya ballistik raketlə dünyaya meydan oxudu

İsraillə HƏMAS arasında qarşıdurmalar davam edərkən Rusiya diqqətçəkən həmlə edib.

Metbuat.az xəbər verir ki, dünyaya meydan oxuyan Moskva administrasiyası qitələrarası ballistik raketin sınaq görüntülərini dərc edib. Moskva administrasiyası qitələrarası ballistik raketini sanki dünyaya meydan oxuyurmuş kimi təqdim edib. Yayımlanan test görüntüləri Rusiyanın həm ABŞ, həm də Qərb ölkələrinə mesajı kimi şərh edilib.

Digər tərəfdən, Yaxın Şərqdə İsrail və HƏMAS arasında başlayan münaqişələr beynəlxalq siyasətdə bütün diqqətin Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyadan yayınmasına səbəb olub. Mövzu ilə bağlı məqalə yazan Fransa-Rusiya Rəsədxanası analitik mərkəzinin direktor müavini İqor Delanoe bildirib ki, HƏMAS-ın basqını və onun nəticələri əslində Qərbin Ukraynaya ümumi maraqlarının aşınmasına xidmət edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR