Xəbərdarlıq - Bu portala daxil olmayın

Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Elektron Təhlüksəzilik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bununla vətəndaşlara kommunal ödənişlərin həyata keçirilməsi vədi verilir. Vətəndaşlardan, portalda qeyd olunan bölmələrə daxil olduqdan sonra onlardan ilk növbədə abonent kodunu, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmək tələb olunur.

"Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR