Qavi və Pedri üçün fantastik təklif - “Barselona” qərarını verdi

Avropa nəhəngləri "Barselona"nın gənc istedadları Qavi, Pedri və Lamine Yamalı transfer etməyə çalışırlar.

Metbuat.az xəbər verir ki, həmin klublar arasında “Mançester Siti”, “Çelsi”, “PSJ” və “Bavariya” kimi klublar da var. “SPORT”un məlumatına görə, “Barselona” futbolçularla müqavilə yeniləyərək, onların sərbəst qalması barədə məbləği 1 milyard dollar müəyyən edib. Bildirilir ki, Avropa nəhənglərinin fantastik təklifləri maliyyə çətinlikləri ilə üzləşən “Barselona” üçün cəlbedici olsa da, klub bu məsələdə yekun qərarını verib.

Klub Pedri və Gavinin “Barselona”nın planlarında çox əhəmiyyətli yerə sahib olduğuna qərar verib. Beləliklə, bu futbolçular üçün təkliflər nəzərdən keçirilməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR