Azərbaycan yığması dünya çempionatında mübarizəyə başlayır

Bu gün minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Metbuat.az xəbər verir ki, yığma G qrupundakı ilk matçında İraq seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bu qrupun dünən keçirilmiş açılış matçında Misir Küveytə iki cavabsız qolla qalib gəlib – 2:0.

Qeyd edək ki, Azərbaycan millisinin qrupda növbəti oyunu oktyabrın 29-da Misirə qarşı olacaq. Dünya çempionatına noyabrın 4-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR