Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı AÇIQLANDI

"Ötən il Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı 8 305 nəfər olub, onun da 1 121-i süd vəzisi xərçənginin payına düşüb.

Metbuat.az Report-a isitnadən xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının sabiq baş həkimi Nəsimi Qasımov Bakıda keçirilən II Süd Vəzi Xərçəngi Beynəlxalq Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il süd vəzi xərçənginə görə Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda 1 528 cərrahi əməliyyat icra olunub: "Bundan başqa, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 64, özəl xəstəxana və tibbi turizmlə əlaqəli 108, ümumilikdə, özəl müəssisələrdə isə 862 əməliyyat icra olunub".

N.Qasımov bildirib ki, hazırda ölkədə, ümumilikdə, 31 mamoqraf fəaliyyət göstərir: "Bu da olduqca azdır. MRT aparatlarının da sayı ölkə üzrə cəmi 11 ədəd təşkil edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR