Ançelottinin Ardaya verdiyi sual marağa səbəb oldu - FOTO

“Real Madrid” klubunda komanda ilə birgə məşqə başlayan Arda Güler uğurlu oyunu ilə baş məşqçi Karlo Ançelottini heyran edib.

Metbuat.az xəbər verir ki, Ardanın məşq oyunu zamanı baxdığı tərəfə deyil, əks tərəfə verdiyi ötürmələr, Ançelottinin diqqətini çəkib. O Ardanı yanına çağıraraq, bu hərəkətləri haradan öyrəndiyini soruşub. Arda Güler isə bu ötürmələri Məsut Özilin oyunlarına baxaraq, öyrəndiyini ifadə edib.

Qeyd edək ki, Arda Güler Mesut Özili özünün kumiri hesab edir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR