Bu halda erkən yaşda nikaha icazə verilməlidir - Deputatdan açıqlama

"Qeyd olunur ki, 17 yaşında qız uşağı evləndirilməli deyil. Amma bəzi məqamları nəzərə almaq lazımdır”.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.

“Elə olur ki, ata xərçəng xəstəsidir. Ömrünə az qalıb. Niyə onun övladına 17 yaşında evlənməsinə icazə verilməsin? Valideyn nə üçün övladının şad gününü görməsin? Bu tip situasiyalarda erkən yaşda nikaha icazə verilməlidir deyə düşünürəm”, - o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR