Keçmiş "Fənərbaxça"lı Türkiyənin bu klubuna gəlir

Bir müddət “Fənərbaxça”da da çıxış edən Dirk Kuytun adı “Konyaspor”un çalışdırıcısı kimi hallanır.

Metbuat.az xəbər verir ki, "Konyaspor"un prezidenti Fatih Özgökçen Kuytun baş məşqçi postuna namizəd olduğunu açıqlayıb. O bildirib ki, Kuyt alternativlərdən biridir, amma razılaşma yoxdur. Məlumata görə, namizədlər arasında olan Aykut Kocaman klubun oyun profilinə uyğun olmadığı üçün rəhbərlik o baş məşqçi təyin etməyib.

Gökçen Dirk Kuyt haqda da bunları deyib:

"Kuyt masadakı alternativlərdən biridir, bizim də bununla bağlı bəzi tərəddüdlərimiz var. Tərəddüdləri aradan qaldırmaq üçün necə komanda qurmaq olar? Kim dəstək verə bilər? Fikrimizdə bir model var. Mətbuatda heç vaxt yer almayan adlarla bağlı danışıqlarımız var”.

Qeyd edək ki, Türkiyə mediası tərəflərin razılıq əldə etdiyini irəli sürür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR