Prezident bu vəzifəni ləğv etdi - FƏRMAN

Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Hazırda nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və dörd müavini var. Dəyişikliyə əsasən, nazirini birinci müavini vəzifəsi ilə bərabər bir müavin vəzifəsi də ləğv olunub. Beləliklə, nazirin 3 müavini olacaq.

Qeyd edək ki, hazırda səhiyyə naziri Teymur Musayevdir, Onun hazırda 3 müavini var - Qasımov İlqar, Rasim İsmayılov, Nadir Zeynalov.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı