Xankəndidəki partlayış belə baş verib - Şahramanyan DANIŞDI

Xankəndidə partlayış məntəqədə deyil, "ordumuzun" yanacaq anbarında baş vermişdi.

Metbuat.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu hazırda Ermənistanda olan Qarabağdakı keçmiş qondarma rejimin keçmiş "prezidenti" Samvel Şahramanyan deyib.

Separatçı lider erməni sakinlərin diqqətsizliyi ucbatından partlayışın olduğunu bildirib:

"Partlayış "müdafiə nazirliyi"nin anbarında baş verdi. Biz orada yanacağı istifadə üçün saxlayırdıq, lakin edə bilmədik. İnsanlar diqqətsiz və nəzarətsiz şəkildə, təhlükəsizlik qaydalarına əməl etməyib maşınlarına yanacaq yükləmək üçün anbara eniblər. Onlar yanacağı özləri çıxarmağa çalışıblar. Qaydalara riayət etmədikləri üçün də bu partlayış oldu və çox sayda insan həyatını itirdi. Biz onların hər birinin Ermənistana gedə biləcəklərini demişdik. Lakin onlar özləri maşınları ilə getmək üçün anbardan yanacaq almağa çalışdılar. Ermənistan İstintaq İdarəsində məsələ ilə bağlı araşdırma aparılır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR