Evə silahlı basqın buna görə edilib - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisəyə görə qəsəbə sakini saxlanılıb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan Tağıyev Müşviq Məhəmməd oğlunun qətli tamah məqsədi ilə törətdiyi iddia edilir.

Belə ki, ailə yaxınlarından bildirilib ki, qohumlardan biri, İsveçrədə yaşayan Anar Fərəcov yüksək məbləğdə pul göndərib.

Ailənin bildirdiyinə görə hadisədən sonra pul evdə tapılmayıb.

Xatırladaq ki, okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR