“HOZU Dayə” filminin qala gecəsi keçiriləcək – VİDEO

Hər kəsin gözlədiyi “HOZU” filminin üçüncüsü işıq üzü görür.

Metbuat.az xəbər verir ki, komediya janrında olan “HOZU Dayə” filmi 1 noyabrdan etibarən artıq tamaşaçıların ixtiyarına verilir. Məcid Hüseynov, Zemfira Əbdülsəmədova, Aqil M Quliyev, Samir Ələsgərov və Tərlan Nuryaşar kimi bir çox məşhur aktyorun yer aldığı filmin quruluşçu rejissoru İlham Yaşaroğludur.

“Hozu Dayə” filminin digər ikisindən fərqi ondandır ki, “Hozu” bu filmdə müxtəlif iş sferalarında özünü sınayır. Anasına söz verdiyi kimi qəzetdə barmağını qoyduğu işdə çalışacaq. Tərslikdən “qoca bir arvada dayə axtarılır” elanına təsadüf edir. “Hozu” verdiyi sözü tutur və qocanın bütün kaprizlərinə dözür. Qoca “Hozu”nu evdən qovmaq bəhanəsiylə müxtəlif yollara əl atsa da qəhramanımız bütün çətinliklərin öhdəsindən asanlıqla gəlir.

Filmin gedişatında başa düşüləcək ki, qoca əslində pis adam deyil, sadəcə olaraq bütün kaprizləri övladlarının onun yanında qalmadığına görədir. “Hozu” reallıqları bildikdən sonra qocayla bir oyun qurub övladlarının analarına diqqət etməsini gerçəkləşdirir. Maraqlı və gülməli situasiyalarla dolu bu filmdə çox sayda sosial mesajlar var. Filmin üstünlüyü ondadırkı yaş məhdudiyyəti yoxdur.

Qeyd edək ki, “HOZU Dayə” filmini, 1 noyabrdan etibarən şəhərin bütün kinoteatrlarında izləyə bilərsiniz.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR