Mbappe "Real"a transferi barədə suala qəribə reaksiya verdi - VİDEO

Madriddə təşkil edilən futbol tədbirindən sonra jurnalist Kilian Mbappeyə “Real Madrid”ə transferi barədə sual ünvanlayıb.

Metbuat.az xəbər verir ki, “El Chiringuito” qəzetinin jurnalisti Mbappedən gələn mövsüm “Real Madrid”ə mümkün transferi barədə soruşub. Mbappe suala istehzalı təbəssümlə və yarım göz qırpmaqla cavab verib. Mbappenin reaksiyası sosial mediada gündəm olub. PSJ-nin futbolçusunun “Real”a transferi barədə suala gülümsəməsi azarkeşlərin marağına səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR