Ronaldodan danışmadı, Messini isə "ən yaxşı" hesab etmədi - Dini lider təəccübləndirdi

Katolik dünyasının ruhani lideri Papa Fransisk Lionel Messinin səkkizinci dəfə “Qızıl top”u qazanmasından sonra futbolla bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, müsahibə zamanı Papa Fransiskdən Messi və Maradona arasında seçimi soruşulub. Argentinalı olan Papa Fransisk həmvətənləri barədə seçim edə bilməyib.Buna görə də, o, Braziliya futbolunun əfsanəsi Peleni seçib.

Çıxışına səkkizinci dəfə “Qızıl top”u qazanan Messini tərifləməklə başlayan Papa daha bir əfsanəyə diqqət çəkib: “Maradona bir futbolçu kimi əla idi. Amma o, şəxsi həyatında uğursuz oldu. O həmişə onu tərifləyənlərin, şöhrətindən istifadə edənlərin yanında olub, ona kömək etməyənlərin yanında olub. Papa seçiləndən sonra məni görməyə gəlmişdi, sonra da vəfat etdi. Maraqlıdır ki, bir çox idman əfsanələrinin sonu pis olur. Messi çox ədalətli insandır, centlmendir. Amma mənim üçün bu üçlük arasında ən böyük centlmen Peledir. Bir dəfə Pele ilə Buenos-Ayresdə olarkən təyyarədə görüşüb söhbət etdik. Onun böyük insanlığı var idi. Hər üçü tamamilə gözəl insanlar idi və hər biri öz sahəsində ən yaxşı idi. Messi indi çox yaxşıdır, amma Pele də yaxşı idi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR