İllik inflyasiya 2023-cü ilin sonuna 4.3% olacaq

İllik inflyasiya 2023-cü ilin sonuna 4.3% olacaq.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, növbəti ildə də xarici faktor, dünya bazarında qiymətlərin dinamikası ölkədəki inflyasiyaya təsir göstərəcək: “Ümumilikdə, inflyasiya mühitində azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi cari ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəf daxilində formalaşmasını proqnozlaşdırmağa əsas verir. Mərkəzi Bankın oktyabr proqnozlarına görə inflyasiyanın ortamüddətli dövrdə hədəf diapazonunda olacağı gözlənilir. Belə ki, 2024-cü ildə isə 5.3% və 2025-ci ildə 3.4% olacağı proqnozlaşdırılır. Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olmuşdur. Manatın məzənnəsi növbəti ildə də inflyasiyaya təsir göstərəcək. Faiz dəhlizi maliyyə bazarlarına təsir göstərir. Mərkəzi Bank məcburi ehtiyatlardan istifadə edir. Ortamüddətli dövrdə inflyasiya üzrə tələbə nail olunmasında İqtisadi Şura mühüm rol oynayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR