Büdcə Zərfində dəyişikliklər olub

Büdcə Zərfində dəyişikliklər olub.

Metbuat.az xəbər verir ki, Hesablama Palatasının “Dövlət büdcəsində yen dəyər yaratmayan və ikili tanınan məqsədli büdcə fondlarının gəlirləri ilə bağlı risklərin aradan qaldırılması və bununla əlaqədar “ Büdcə sistemi haqqında” Azərbaycan Respublikası qanunun 5-ci bəndində yenidən baxılması” təklifi nəzərə alınıb.

Qeyd edilib ki, 2024-cü ilin büdcə layihəsi məqsədli büdcə fondunun qalığı kəsrin maliyyələşməsi mənbəyi kimi nəzərdə tutulub ki, bu da əvvəlki illərdə qalığın büdcə gəlirlərinə aid edilməklə 2-li uçota səbəb olması məsələnin aradan qalxmasına imkan verir. Büdcə sistemi haqqında” qanunun 5-ci maddəsi haqqında düzəliş Milli Məclisə təqdim edilib.

Hesablama Palatasının “Dövlət sifarişləri üzrə vəsait ayrılmasının “Subsidiya”larda həyata keçirilməməsi” təklifi də qəbul edilib. Bununla bağlı VTB-yə ( vahid büdcə təsnifatına ) müvafiq dəyişiklik edilib. O cümlədən hüquqi şəxslərə ayrılan vəsait “Dövlət adından yaradılan publik hüquqi şəxslərə” ödənişlər paraqrafında nəzərdə tutulub. “İcmal Büdcənin xərclərinin iqtisadi təsnifatının aidiyyatı istiqaməti üzrə düzgün göstərilməsi, icmal büdcənin bütün komponentləri üzrə büdcə planlaşdırılması və icrasında VTB-nin tətbiqi təklifi nəzərə alınıb. İcmal Büdcənin xərclərinin iqtisadi təsnifatı üzrə bölgüsü büdcə zərfinə daxil edilib.

Təklif olunan “Dövlət Büdcəsindən “Subsidiyalar” kimi ayırmalar üzrə yalnız qarşılıqsız cari transferti xarakterizə edən xərclərin nəzərdə tutulması” nəzərə alınıb. Bununla bağlı VTB-yə müvafiq dəyişiklik edilib. O cümlədən publik hüquqi şəxslərə ayrılan vəsait “Dövlət adından yaradılan publik hüquqi şəxslərə ödənişlər” paraqrafında nəzərdə tutulub.

“Büdcə parametrlərinin düzgün uçotunun və hesabatlılığın təmin edilməsi, eləcədə büdcə parametrlərinin iqtisadi göstəricilərlə əlaqəsinin qiymətləndirilməsi üçün VTB-yə yenidən baxılması GFSM-yə uyğunlaşdırılması təklifi müsbət qarşılanıb və VTB-yə cari ilin ötən dövrü ərzində çoxsaylı dəyişikliklər edilməklə GFSM-yə uyğunlaşdırılma davam edir.

Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) islahatının reallaşdırılmasında mühüm olan dövlət büdcəsinin xərcləri üzrə proqram təsnifatının hazırlanması və VTB -yə daxil edilməsi ilə bağlı təkliflə əlaqədar dövlət büdcəsinin xərcləri (OMXÇ bölmələri üzrə) üzrə proqram təsnifatı daxil edilib.

“Büdcə Sistemi haqqında” Azərbaycan Respublikasının qanunu tələbləri diqqətə alınaraq dövlət proqramlarının maliyyə təminatına məlumatların Büdcə Zərfinə daxil edilməsi nəzərə alınıb və Büdcə Zərfinə 2024-cü il üzrə məqsədli proqramlara dair ayrıca sənəd əlavə edilib.

Ölkənin strateji sənədi üzrə tədbirlərin maliyyə təminatının fuksional və iqtisadi təsnifatı üzrə konkretləşdirilərək ( Sair xərclər və digər xərclər təsnifləşdirilən xərclərdə deyil) aidiyyatı xərclər üzrə proqnozlaşdırılması strateji sənədə əsasən qeyri-maliyyə alətlərinin ( nəzərdə tutulmuş tədbirlərin açıqlanmasının) Büdcə Zərfinə daxil edilməsi nəzərə alınaraq büdcə layihəsində “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial -iqtisadi inkişaf strategiyasının” tədbirlərinin maliyyə təminatı ayrıca sətirlə icraçı qurumlar üzrə verilmiş və əksər hallarda bu xərclərin iqtisadi təsnifatı üzrə bölgüsü aparılıb.

Ölkə üçün təsdiq edilmiş Dayanaqlı inkişaf məqsədləri (DİM) üzrə priortetlər və onlara dair göstəricilər nəzərə alınmaqla dövlət büdcəsi xərclərinin DİM-lərlə əlaqələndirilməsi dövlət büdcəsi gəlirlərinə dair hüquqi aktlar üzrə nəzərdə tutulmuş dəyişiklərin daxilolmalara təsirinin qiymətləndirilməsi barədə məlumatların Büdcə zərfinə daxil edilməsi, zərfdə qeyri maliyyə məlumatlarının büdcə parametrləri üzrə keyfiyyət göstəricilərinin artırılması da məqbul sayılıb. Dövlət büdcəsi xərclərinin DİM ilə uyğunluğuna dair məlumatlar izahata əlavə edilib. Dövlət büdcəsinin gəlirlərinə dair hüquqi aktlar üzrə nəzərdə tutulmuş dəyişikliklərinin daxilolmalara təsirinin qiymətləndirilməsi dair məlumatlar verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR