Mbappe son qərarını verdi - Marca nəşri

Fransanın PSJ klubunun son zamanlardakı uğursuz çıxışı ulduz futbolçu Kilian Mbappenin "Real"a mümkün transferini daha da yaxınlaşdırır.

Metbuat.az bildirir ki, bu barədə məşhur "Marca" nəşri yazır. Məlumata görə, Madridlilərin bir neçə ulduzu artıq Mbappenin kluba qoşulacağından əmindir. PSJ rəhbərliyi bunun qarşısını almağa çalışsa da, fransalı oyunçu demek olar artıq son qərarını verib.

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-nin heyətində çıxdığı bütün turnirlərdə 12 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR