"Real"ın əfsanəsi "Mançester Yunayted"in baş məşqçisi olur

İngiltərə mətbuatı "Mançester Yunayted"in Erik ten Haqla yollarını ayıracağı təqdirdə 2 namizəd üzərində danışıqlar apardığını yazıb.

Metbuat.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçi postuna əsas namizədin Zinəddin Zidan və Ruben Amorimin olduğu irəli sürülüb. Yerli mənbələrin məlumatına görə, “Mançester Yunayted” İngiltərə Liqa Kubokunda“Nyukasl Yunayted”ə 0:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Digər tərəfdən, “Mançester Yunayted” 61 ildə ilk dəfə “Old Trafford”da ardıcıl iki matçda 3 və ya daha çox qol buraxıb.

Bundan sonra klub rəhbərliyi yeni məşqçi üçün hərəkətə keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR