İcra məmurlarının fəaliyyətində dəyişiklik olacaq - RƏSMİ

Azərbaycanda icra məmurlarının, o cümlədən özəl icra məmurlarının fəaliyyəti ilə əlaqədar müəyyən qanun layihəsi üzrə işlər aparılır.

Metbuat.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında deyib.

"Məhkəmə işlərinin böyük əksəriyyəti bank sahəsində borclarla bağldır. Yəni kreditorlarla borc alanlar arasındakı mübahisələrdir. Bu mübahisələr məhkəmə səviyyəsində artıq həllini tapanda müəyyən qərar qəbul edilir və bundan sonra icra məmurları tərəfindən o pulun qaytarılması istiqamətində iş aparılır. Bu, kifayət qədər ağır bir işdir. Burda yəqin ki, başqa bir baxışa ehtiyac var. Bunun üzərində iş aparılır", - nazir bildirir.

S.Şərifov qeyd edib ki, böyük sayda məhkəmə qərarları müəyyən əmək münasibətləri ilə bağlıdır: "Bunlar kifayət qədər xırda məsələlərdir. O ki, qaldı büdcə təşkilatlarına aid olan, bu istiqamətdə son illər ərzində xeyli işlər görülüb və böyük irəliləyiş var. Gecikən, icra olunmayan işlər yoxdur. Amma bu heç də o demək deyil Maliyyə Nazirliyi hansısa büdcə təşkilatlarına qarşı yönəldilən iddiaları, yaxud məhkəmə qərarlarını mübahisələndirmir. Bununla bağlı biz qanuna uyğun olaraq ən ali instansiyaya qədər bunları qaldırırıq. Nəticədə bəzi qərarlara yenidən baxılmağa göndərilir, yaxud təzminat məbləğləri xeyli azaldılır və s.".

Nazir həmçinin, icra məmurlarının maddi təminatı məsələsinin həlli isiqamətində müəyyən işlərin görüldüyünü də deyib: "Işlərin bir hissəsi ola bilsin ki, həmin işin nəticəsində əldə etdiyi vəsaitin müəyyən faizi olsun. Sadəcə bu gün də bu prosedur var. Amma bu yalnız borcludan götürülür. Burda müəyyən fikirlər var. Onlar tam hazır olduqdan sonra yəqin ki, parlamentə müvafiq layihə təqdim olunacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR