Şəhidlərin xatirəsinə həsr olunan cüdo yarışının qalibləri mükafatlandırılıb

Şəhidlərin xatirəsinə həsr olunan cüdo yarışının qalibləri mükafatlandırılıb
16:53 19 Yanvar 2015
316 Ölkə
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 19 yanvar, AzərTAc
Yanvarın 19-da İsmayıllı Olimpiya İdman Kompleksində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 1998-2002-ci il təvəllüdlülər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən cüdo üzrə rayon birinciliyi keçirilib.
AzərTAc xəbər verir ki, yarışlarda 8 çəki dərəcəsi üzrə 62 idmançı iştirak edib.
Turnirdən əvvəl 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda hər çəki dərəcəsi üzrə I, II və III yerləri tutan cüdoçular gənclər və idman idarəsinin diplomları ilə təltif ediliblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidlerin_xatiresine_hesr_olunan_cudo_yarisinin_qalibleri_mukafatlandirilib-825797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR