CHP-nin yeni başqanı o oldu - YENİLƏNİB

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının qurultayında yeni başqan bəlli olub.

Özgür Özel CHP-nin yeni sədri seçilib.

O, qurultayın ikinci turunda 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.

K. Kılıçdaroğlu isə 536 səs toplayıb.

***

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) 38-ci növbədənkənar qurultayında başqan seçimi ikinci tura qalıb.

Metbuat.az “TRT Haber”ə istinadən xəbər verir ki, iki namizəddən birinin lazımı səsi toplamadığından seçkilərin ikinci turu keçiriləcək.

Bildirilib ki, səsvermə zamanı 1366 konqres nümayəndəsi 23 seçki qutusunda öz seçimini edib. Qeydə alınan 1366 nümayəndədən 682-si Özgür Özelə, 664-ü isə Kamal Kılıçdaroğluna səs verib.

Qeyd edək ki, CHP-nin hazıki sədri Kamal Kılıçdaroğludur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR