Kadırov 15 yaşlı oğluna yüksək vəzifə verdi - FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam atasının təhlükəsizlik xidmətində vacib və məsul vəzifəyə təyin edilib.

Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Teleqram kanalında yazıb.

“Hörmətli qardaşım Adam Kadırovu Çeçenistan Respublikasının rəhbərinin təhlükəsizlik xidmətində mühüm vəzifəyə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm”, - Dudayev bildirib.

Onun sözlərinə görə, Adam Kadırov özünü cəsur vətənpərvər və dinin müdafiəsinə qalxmağa hazır bir insan kimi göstərib, həmçinin bir neçə dəfə hərbi əməliyyatlar zonasında olub.

Qeyd edək ki, Adam Kadırov ötən ay Çeçenistan Qəhrəmanı adına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı