Blinkenin güllə keçirməyən jilet geyinməsi diqqət çəkdi - FOTO

ABŞ-ın dövlət katibi Antoni Blinken Türkiyə səfəri öncəsi bir-birinin ardınca region ölkələrinə səfər edib.

Metbuat.az xəbər verir ki, HƏMAS-ın hücumundan sonra dəfə İordan çayının qərb sahilinə gedən Blinken, Fələstin Dövlət Başçısı Mahmud Abbasla görüşüb. Görüş zamanı Mahmud Abbas Fələstin administrasiyasının Şərqi Qüds, Qəzza və İordan çayının qərb sahilini əhatə edəcək siyasi həll üçün danışıqlara hazır olduğunu bəyan edib. O, Fələstin dövlətinə aid torpaqlarda İsrailin hərbi varlığına son qoyulması və Şərqi Qüdsün paytaxt kimi tanıması ilə sülhün əldə edilə biləcəyini bildirib. Ardınca Blinken Cənubi Kipr və İraqa səfər edib. Blinken Bağdadda güllə keçirməyən jilet geyinib. Blinken paytaxt Bağdadda İraqın baş naziri Məhəmməd Şia Sudani ilə görüşüb.

Bağdad beynəlxalq hava Limanına enən Blinkenin əynində güllə keçirməyən jiletlə hərbi helikopterlə “Yaşıl Bölgə”yə getdiyi bildirilib. Bildirilib ki, Bliken Sudani ilə görüşdən əvvəl ABŞ-ın İraqdakı səfirindən ABŞ əsgərlərinin yerləşdiyi hərbi bazalara hücumlar barədə məlumat alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR