“Qarabağ”ın tarixinə adını yazdıran futbolçuya 100 milyonluq təklif

“Mançester Siti”, “Çelsi”,“Bavariya” və “Liverpul” 20 yaşlı alman hücumçu Virtzi transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, "Bayer Leverkuzen"in heyətində uğurlu oyun nümayiş etdirən futbolçunun transfer məbləğinin 100 milyon avro dəyərində olduğu deyilir. “The Daily Star”ın xəbərinə görə, futbolçu üçün Avropanın bir sıra klubları transfer mübarizəsi aparsa da, “Liverpul”un baş məşqçisi Yurgen Kloppun istedadlı futbolçunu transfer etməyə daha çox səy göstərdiyi bildirilir. Məlumata görə, Klopp Virtzi Məhəmməd Salahın yerinə transfer etmək istəyir.

Qeyd edək ki, Virtz bu mövsüm "Bayer Leverkuzen"in heyətində 5 qol vurub. Futbolçu qollardan birini də Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR