7:1 bitən oyundan əvvəlki bu görüntü gündəm oldu - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”a 7-1 hesabı ilə məğlub olan “Kəpəz”in oyunçuları matçdan əvvəl stadionun önündəki dönərxanadan dönər yeyiblər.

Metbuat.az "Baku.ws"-ə istinadən xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, oyundan əvvəl "Kəpəz" təmsilçiləri dönər növbəsinə dayanıblar.

Qeyd edək ki, noyabrın 4-ü Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın qollarını 2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqədə Olavio Juninyo, 63-cü dəqiqədə Nəriman Axundzadə vurub. Qonaqların heyətində isə 18-ci dəqiqədə Adama Niane fərqlənib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR