"Cəsur fələstinli qız” saxlanıldı

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindəki Ramallah şəhərində “cəsur fələstinli qız” adı ilə tanınan 23 yaşlı Ahid et-Temimi saxlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə qızın ailə üzvləri açıqlama verib. Bildirilib ki, İsrail qüvvələri Ramallahın Nebi Salih qəsəbəsindəki evə basqın edərək qızı aparıblar. İddialara görə, İsrail əsgərləri basqın zamanı evə ziyan vurub, ailə üzvlərinin istifadə etdikləri mobil telefonları müsadirə ediblər. Ailə başçısı da bir neçə gün əvvəl İsrail qüvvələri tərəfindən saxlanılıb.

Qeyd edək ki, “Cəsur Fələstinli qız” kimi tanınan Ahid et-Temimi 2017-ci ildə İsrail qüvvələri tərəfindən həbs edilmişdi. Həyatında üç dəfə İsrail gülləsi ilə yaralanan və “Hanzala Cəsarət mükafatı”nı qazanan "cəsur fələstinli qız" sərbəst buraxılmışdı. Prezident Rəcəb Tayyib Ərdoğan sərbəst buraxılandan sonra Ahid et-Temimi ilə telefonla danışmış və onu cəsarətinə və döyüş əzminə görə təbrik etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR