Qusarda əməliyyat keçirildi - Saxlanılanlar var

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Metbuat.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən ümumilikdə 5 nəfər saxlanılıb. Onlar rayon sakinləri Renad Vəlimətov, Samiddin İsabalayev, Zamir Şixəliyev, Namik Ağabəyov və Quba rayon sakini Ramil Abdurəhmanovdur.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR