Mbappe “Real” üçün sürpriz qərar verdi - 100 milyonluq həmlə

PSJ-nin futbolçusu Kilian Mbappe klubdan alacağı 100 milyon avroluq sədaqət bonusundan imtina edib.

Metbuat.az xəbər verir ki, Mbappe bu həmləsi ilə PSJ ilə aralarında olan gərginliyi həll edib. Məlumata görə, Mbappe sədaqət bonusundan imtina edəndən sonra PSJ onun mövsümün sonunda azad agent kimi klubdan ayrılmasına razılıq verib. İddia edilir ki, Mbappe “Real Madrid”ə transfer ola bilmək üçün belə həmlə edib. Mbappe transfer məsələsində “Real”ın PSJ ilə gərginlik yaşamasını istəmir. Xarici KİV-lər yazır ki, “Real” sədaqət bonusundan imtina edən Mbappeyə imza məbləği kimi bu məbləği ödəyəcək.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonundan başa çatır. PSJ Mbappeni pulsuz satmamaq üçün futbolçudan yeni müqavilə imzalamağı tələb edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR