Qrupdakı qələbələrə görə "Qarabağ" bu qədər qazandı - MƏBLƏĞ

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğ Avropa Liqasının qrup mərhələsində qazanılan iki qələbəyə və turnirdə iştiraka görə verilib.

Qurum tərəfindən ayrılan 1 milyon 320 min 105 avro maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə ölkə çempionunun hesabına köçürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR