Ceyhun Bayramov Rumıniya Baş naziri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Marçel Çolaku ilə görüşüb.

XİN-dən Metbuat.az-a verilən xəbərə görə, tərəflər Azərbaycanla Rumıniya arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, qarşılıqlı səfərlərin, yüksək səviyyəli dialoqun, habelə mütəmadi əsasda siyasi məsləhətləşmələrin intensivləşməsinin iki ölkə arasında iqtisadi, humanitar, təhlükəsizlik, təhsil və digər yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıblar.

İki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın inkişaf etdirilməsinin önəminə toxunulub və parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR