“Real” azarkeşləri Arda ilə bağlı diqqətçəkən çağırış etdi

“Real Madrid” Çempionlar Liqasında “Braqa” matçından əvvəl Arda Gülerlə bağlı sosial media hesabından paylaşım edib.

Metbuat.az xəbər verir ki, bu paylaşımdan sonra “Real” azarkeşləri çağırışlar ediblər. “Real” azarkeşləri bildiriblər ki, “Rayo Valekano” matçında yüngül zədələnən Cud Bellinghem “Braqa” oyununda istirahət etsin. Onun əvəzinə isə Arda Güler meydana çıxsın. “Real Madrid” ingilis yarımmüdafiəçinin sol çiynində zədə olduğunu açıqlayıb.

Qeyd edək ki, Arda Güler ilk dəfə “Real Madrid”in “Rayo Valekano” matçı heyətindən yer alsa da, meydana çıxmayıb. Oyun 0-0 hesabı ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR