Milli parklarda bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlandı

Milli parklarda bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Samur –Yalama milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Arabir intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s,10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-21°isti olacaq.

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 08-də gecə və səhər 10-da isə axşama doğru arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti olacaq.

Ağgöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-da axşam arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-23° isti olacaq.

Qızılağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər, 10-u gündüz arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-20° isti olacaq.

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 10-da gündüzdən arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-17° isti olacaq.

Şirvan milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər, 10-da axşam arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-22° isti olacaq.

Hirkan milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 08-də gecə və səhər, 10-u gündüz arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-20° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR