Futbol tarixinin ən böyük təklifini aldı - Bu ölkəyə gedir

Səudiyyə Ərəbistanı klubları “Roma”nın hücumçusu Paulo Dibalanı transfer etməyə çalışır.

Metbuat.az xəbər verir ki, futbolçuya iki klub müqavilə təklif edib. Məlumata görə, klublar hücumçuya illik 35 milyon avro məvacib təklif edib. İddialara görə, futbolçu seçimi edərək, təklifə razılıq verəcək. “Roma”nın məşqçisi Joze Mourinyonun da Səudiyyə Ərəbistanı klubuna transfer olacağı deyilir. Mourinyo və Dibalanın eyni kluba transferi də mümkün ola bilər. Mourinyoya təklif edilən məvacibin futbol tarixində heç bir məşqçiyə təklif edilmədiyi bildirilir.

Qeyd edək ki, Mourinyo Səudiyyə Ərəbistanında baş məşqçi işləyə biləcəyini açıqlamışdı. Paulo Dibala “Roma”da klubunda 45 oyun keçirib, 20 qol vurub və 10 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR