İsrail ordusu Qəzzanın mərkəzinə girdi

İsrail ordu qüvvələri (ÇAXAL) artıq Qəzza zolağının eyniadlı şəhərinin mərkəzində HƏMAS-a qarşı döyüşlər aparır.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusunun Cənub komandanlığının rəhbəri, general-mayor Yaron Finkelman deyib.

“Biz hazırda Qəzzanın iri şəhərlərində döyüşlər aparırıq. Elə indicə oradan qayıtdım. Son on ildə ilk dəfədir ki, Qəzzanın ürəyində döyüşür. Terrorun ürəyində...”, - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR