Azərbaycanın bu bölgəsinə qar yağdı - FAKTİKİ HAVA

Noyabrın 8-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, külək Tovuzda 26 m/s, Göyçay, Naftalanda 21 m/s, Ağstafada 20 m/s, Beyləqan, Gəncədə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Yağış Qobustanda 32 mm, Astara, Lənkəran, Quba, Qusar, Şahdağ, Tərtər, Zərdab, İmişli, Cəfərxan, Neftçala, Yardımlıda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Noyabrın 7-si saat 15:24 radələrində Qobustan rayonu ərazisinə xırda ölçülü dolu düşüb.

Noyabrın 8-i gündüz və 9-da ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR