“Qarabağ”ın oyununa bütün biletlər satılıb

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniya klubu “Bayer”lə oyununa 30 000 bilet satılıb.

Metbuat.az xəbər verir ki, bu haqda “Qarabağ” klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bugünkü qarşılaşma üçün bütün biletlər satılıb.

Qeyd edək ki, “Qarabağ” - “Bayer” matçı saat 21:45-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR