Şuşada düşmənlə yanaşı gəzən kəşfiyyatçımızın evindən reportaj - VİDEO

Ermənilərin illərlə axtardığı şəhid kəşfiyyatçı Harun Məhəmməd oğlu Alqayevin valideynləri danışıblar.

Metbuat.az xəbər verir ki, şəhid atası Məhəmməd Alqayev qeyd edib ki, oğlu Şuşada ermənilərin işlətdiyi kafedə yemək yedikdən sonra boşqabın altına Azərbaycan manatı qoyaraq oranı tərk edib:

“Daha sonra erməni işçi masanı yığışdırdıqdan sonra manatı görərək burada Azərbaycan kəşfiyyatçısının olduğunu anlayıb. Ermənilər Harunun adına görə onun türk olduğunu düşünüblər. Onlar illərlə Harunu axtarsalar da tapa bilməyiblər”.

Ətraflı Baku TV-nin süjetində:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR