ABŞ İran ordusunun mövqelərini bombaladı

ABŞ-ın Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun mövqelərinə endirdiyi hava zərbələri nəticəsində azı 6 nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mediası Pentaqondakı mənbələrə istinadən məlumat verib. Bildirilib ki, ABŞ ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun Yaxın Şərqdəki bazalarına hava hücumları həyata keçirib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumlarından sonra ABŞ Yaxın Şərqdəki hərbi bazalarına hücumlar intensivləşib. ABŞ bu hücumların İran tərəfindən təşkil edildiyini irəli sürür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR