"Çelsi"nin ulduzu "Qalatasaray"a doğru

“Qalatasaray” “Çelsi”nin futbolçusu Mark Kukurellanı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, ispan sol cinah müdafiəçisi “Qalatasaray”a gəlməyə razılıq verib. Məlumata görə, türk klubu Mark Kukurellanı almaqla yanaşı onun mövqeyində oynayan “Leypsiq”dən icarəyə götürdüyü Angelonini geri qaytarmaq istəyir. “Leypsiq” isə futbolçusunu hələlik geri qaytarmaq istəmir. Səbəb isə futbolçuya ödənilən məvacib və “Qalatasaray”dan aldığı icarə haqqıdır. Bununla belə, “Qalatasaray” Mark Kukurellanı almaq üçün “Çelsi” ilə danışıqlar aparır.

Qeyd edək ki, Mark Kukurellanın dəyəri 28 milyon avrodur. 25 yaşlı futbolçu "Barselona", "Eybar", "Xetafe", "Brayton" və "Çelsi"də çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR