“Kəpəz” yeni baş məşqçisinin adını rəsmən açıqladı

“Kəpəz” yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Metbuat.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Adil Şükürovla münasibətlər rəsmiləşdirilib.

46 yaşlı mütəxəssis gəncəlilərlə 2 illlik müqavilə bağlayılıb. O, bu gündən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Adil Şükürov 1999/2000 mövsümündə “Kəpəz”in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR