Fələstinə dəstək aksiyasında yüzlərlə etirazçı saxlanıldı

İordaniyada Fələstinə dəstək aksiyalarında iştirak edən fəallara qarşı həbslər davam edir.

Metbuat.az xəbər verir ki, yerli mənbələr Qəzzada xəstəxananın hədəfə alınmasından sonra başlayan aksiyalarda 800-ə qədər nümayişçinin saxlanıldığını yazır. İsrail qırğınlarını pisləyən ölkədə həbslərin sayının artması diqqət çəkir. Həbs edilənlərdən bəziləri İsrailin Qəzzaya hücumlarına etiraz olaraq sosial şəbəkələrdə paylaşımlar etdikləri və ya aksiyalarda iştirak edən insanlara dəstək olduqları üçün saxlanılıblar.

Qeyd edək ki, İordaniya Fələstinin suverenliyini dəstəkləyən və İsrailin işğalına qarşı olan ölkədir. Bununla belə, İordaniya hökumətinin də İsraillə sıx iqtisadi və təhlükəsizlik əlaqələri var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR