Ölməzliyə qovuşmuş qəhrəmanlar

16:58 19 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan anma tədbiri keçirilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun direktor müavini, filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində qanla yazılmış bir səhifədir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının tərkibində yaşayan xalqın azadlıq səsinin ucaldığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Sonra professorlar Sevil Mehdiyeva, Oruc Musayev, Qara Məşədiyev, İlhami Cəfərsoy, aparıcı elmi işçi Təranə Şükürlü və başqaları çıxış edərək 20 Yanvar faciəsinin başvermə səbəblərindən, acı nəticələrindən danışıblar. Bildirilib ki, 25 ildir xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Vurğulanıb ki, 20 Yanvar həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Həmin gün xalqımız özünün azadlıq əzmini bütün dünyaya nümayiş etdirib.
Digər çıxış edənlər də 1990-cı ilin yanvarında sovet ordusu tərəfindən törədilmiş faciənin dəhşətlərindən danışıb, 20 Yanvarın Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi olduğunu vurğulayıblar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olmezliye_qovusmus_qehremanlar-825801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR