Azərbaycan gimnastları Avropa çempionatı üçün Türkiyəyə yollandılar

Aerobika gimnastikası üzrə Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək 13-cü Avropa çempionatında mübarizə aparacaq.

Metbuat.az xəbər verir ki, milli üzvləri artıq yarışın baş tutacağı məkana yollanıblar.

Noyabrın 17-19-da təşkil olunacaq qitə birinciliyində Vladimir Dolmatov, Mədinə Mustafayeva, Xədicə Quliyeva, Leyla Bejanova, Arzu Ağayeva, Sara Əlixanlı, Sənəm Kazımova və Dilarə Qurbanova qüvvələrini sınayacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR