"WhatsApp"dan yeni funksiya - Çoxlarının ürəyincə olacaq

"WhatsApp" yaxın günlərdə böyük qruplarda səsli zənglər etmək üçün daha az mane törədən yeni funksiyasını təqdim edəcək.

Metbuat.az xəbər verir ki, mesencer çoxdan 32 iştirakçı ilə səsli zənglər etməyə icazə versə də, yeni funksiyası bir qədər fərqli işləyəcək.

Səsli söhbətə başladıqda qrup üzvləri avtomatik olaraq çağırılmayacaq. Əvəzinə onlar bildiriş alacaqlar və söhbətdə qoşulmaq üçün ekranda klikləyə biləcəkləri pəncərə görünəcək.

Səsli söhbətə başladıqdan sonra, iştirakçının eyni vaxtda mətn mesajları göndərmək imkanı əlçatan olacaq.

Yenilik yaxın həftələrdə "Android" və "iOS" versiyalarında istifadəyə veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR