"Liverpul"un planları pozuldu - "Real"dan 80 milyonluq plan

"Real Madrid" "Liverpul"da çıxış edən Trent Alexander-Arnold üçün təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, “Real Madrid”in bu transfer üçün 80 milyon avro xərcləməyə hazır olduğu iddia edilib. Məlumata görə, “Real” 25 yaşlı futbolçunu Dani Karvaxalın əvəzləyəcəyi kimi kluba cəlb etmək istəyir. Bildirilir ki, Trent Alexander-Arnoldun "Liverpul"la 2025-ci ilə qədər müqaviləsi var. Məlumata görə, “Liverpul” futbolçu üçün yeni müqavilə imzalamaq istəsə də, “Real”ın təklifi futbolçunu fikrindən daşındıra bilər.

Bu mövsüm 14 matçda iştirak edən Trent Alexander-Arnold 3 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR