"Real"da Alonso səsləri - Müqavilənin detalları üzə çıxdı

Almaniya Bundesliqasında uğurlu oyun nümayiş etdirən “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso “Real Madrid”ə transfer ola bilər.

Metbuat.az xəbər verir ki, Xabi Alonso “Bayer Leverkuzen”lə bağlı müqaviləsinə “Real Madrid”lə bağlı xüsusi bənd əlavə edib. Bəndin detalları ilə bağlı məlumat olmasa da, iddialara görə, bu bənd Alonsonun “Real”a transferini asanlaşdırmaq üçündür. İddia edilir ki, “Real” Xabi Alonso istəsə onun sərbəst qala biləcək. Xabi Alonsonun rəhbərliyi altında mövsümün iki məğlubiyyətsiz komandasından biri olan "Bayer Leverkuzen" 31 xalla liderdir.

Qeyd edək ki, məşqçilik karyerasına "Real Madrid" akademiyasında başlayan Xabi Alonso “Real”ın baş məşqçi postuna iki real namizəddən biridir. Digərinin Joze Mourinyo olduğu irəli sürülür. “Real”ın baş məşqçisi Karlo Ançelottinin mövsümün sonunda Braziliya millisinə keçəcəyi irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR