Türkiyənin torpaqları ilə bağlı xəyal quran Ermənistan Qarabağda dərsini aldı - Ərdoğan

“Ermənistan illərlə Türkiyənin torpaqları ilə bağlı xəyallar qurub, İkinci Qarabağ müharibəsində dərsini alıb, yerində oturub”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 15-də Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

O qeyd edib ki, türk milləti olaraq bu torpaqlarda azad, namuslu, dinc yaşamaq istəyiriksə, güclü olmalıyıq: “Siyasi, iqtisadi, ictimai quruluşu, hərbi gücü, təhlükəsizliyi ilə hər sahədə güclü olmasaq, bu torpaqlarda yaşamağa imkan verməzlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR