Mançesteri çalxalayan transfer - Əzəli rəqibdən oyunçu alırlar

Premyer Liqanın iki əzəli rəqibi arasında daha bir transferin həyata keçiriləcəyi irəli sürülür.

Metbuat.az xəbər verir ki, “Mançester Siti” “Mançester Yunayted”in hücumçusu Reşfordu transfer etmək üçün hərəkətə keçib. “Sherwood”un məlumatına görə, Reşfordun uğursuz oyununa baxmayaraq, “Mançester Siti”nin məşqçilər heyəti futbolçunun istedadına güvənir və onun yenidən əvvəlki kimi uğurlu oyun nümayiş etdirə biləcəyini hesab edir. Yerli mənbələr yazır ki, Reşfordun uğursuz oyun nümayiş etdirməsinə səbəb onu topla təmin edə biləcək istedadlı futbolçuların olmamasıdır. Mançesterin iki əzəli rəqibi arasında transfer iddiası azarkeşləri də heyrətə gətirib.

Qeyd edək ki, iki klub arasında sonuncu dəfə transfer Karlos Tevezlə bağlı olub. Lakin Tevez, "Siti"yə qatılmadan əvvəl "Yunayted"dən azad agent kimi ayrılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR