15 yaşlı futbolçu üçün sərvət ödəyirlər - Futbol tarixinə düşəcək həmlə

"Mançester Siti" "Lids Yunayted"də çıxış edən 15 yaşlı futbolçu Finli Qormanı heyətinə qatmaq üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Mançester Siti"nin futbolçu üçün böyük büdcə ayırdığı irəli sürülür. Məlumata görə, transfer reallaşarsa ingilis nəhəngi 15 yaşlı futbolçuya ən çox pul ödəyən klub ola bilər. Yerli mənbələr "Mançester Siti"nin 15 yaşlı futbolçu üçün irəli sürülən təklifi “görünməmiş təklif” kimi oxucularına çatdırıb.

Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçi Qorman bu mövsüm U18 Premyer Liqasında 5 matçda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR